20 Aralık 2010 Pazartesi

Dini kelamlar



Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: "Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö'minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!
2. Mö'minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.
3. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
4. Onlar həqiqi mö'minlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
5. (Qənimətlərin bölüşdürülməsi üsulundan bə'zilərinin narazı qalması) mö'minlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bə'zi mö'minlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bə'zilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda - həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).
6. Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.
7. O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını və'd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.
8. (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.
9. O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu.
10. Allah bu köməyi sizə yalnız sizin üçün bir müşdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
11. O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.
12. (Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: "Mən də sizinləyəm. Mö'minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!"
13. Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.
14. Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gozləyir.
15. Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!
16. (Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
17. (Ey mö'minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla mö'minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!
18. Bu (hadisələr) biq həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!
19. (Ey müşriklər!) Əgər siz (Kə'bənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (mö'minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, mö'minlərlədir!
20. Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur'anı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!
21. Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): "Eşitdik!" deyənlər (münafiqlər) kimi olmayın!
22. Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.
23. Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər.
24. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də'vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də'vətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
25. Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!
26. (Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!
27. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)
28. Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!
29. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir!
30. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!
31. Ayələrimiz onlara oxunduğu zaman: "Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!" - söyləyərlər.
32. Bir zaman da: "Ya Allah! Əgər bu (Qur'an) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" - demişdilər.
33. Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!
34. Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (mö'minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!
35. Onlar Beytullahın (Kə'bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!
36. Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
37. Allah (orada) murdarı (kafiri) pakdan (mö'mindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!
38. (Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və mö'minlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.
39. (Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).
40. Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!
41. (Ey mö'minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
42. O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) və'dələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) tə'yin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (mö'minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir mö'cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir mö'cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!
43. O zaman Allah rö'yanda sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!
44. (Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).
45. Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!
46. Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!
47. (Ey mö'minlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!
48. O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö'minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!" - demişdi.
49. O zaman münafiqlər və ürəklərində mərəz (e'tiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: "Bunları (müsəlmanları) öz dinləri aldatdı!" - deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!
50. (Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin!
51. Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!
52. Eynilə Fir'on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!
53. (Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne'məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne'məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın ne'mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi ne'mətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).
54. Eynilə Fir'on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fir'on nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!
55. Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.
56. Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.
57. Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cür'ət etməsinlər)!
58. Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə e'lan et. Çünki Allah xainləri sevməz!
59. (Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)
60. (Ey mö'minlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
61. Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!
62. Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və mö'minlərlə müdafiə edib möhkəmlətdi.
63. Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.
64. Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən mö'minlərə təkcə Allah bəs edər.
65. Ya Peyğəmbər! Mö'minləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın mö'minlərə olan köməyini) anlamayan bir tayfadır!
66. (Ey mö'minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!
67. Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey mö'minlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
68. Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı).
69. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
70. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah (Öz əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!
71. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
72. İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) - məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!
73. Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).
74. İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - məhz onlar həqiqi mö'minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
75. Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Qur'anda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara

Ruzi Bərəkət




Bir ailəli kasıb ruzi əldə etmək üçün evdən çıxdı. Bilmirdi hara getsin.

Təsadüfən yolu məscidə düşdü. Moizə edən alim məclisi coşduraraq

insanları salavat göndərməyə həvəsləndirirdi. Kasıb kişi orada dayandı

və moizə edənin sözlərinə qulaq asmağa başladı.

O, deyirdi ki, salavat göndərməkdə səhlənkarlıq etməyin!

Əgər varlı şəxs salavat desə Allah Təala onun malına bərəkət verər.

Əgər kasıb səlavat desə, Allah Təala onun ruzisini asimandan göndərər.

Kasıb məclisdən xaric olaraq yol gedə-gedə salavat göndərməyə başladı:

" Allahummə səlli əla Mühəmmədin və ali Muhəmməd."

Üç gün bu hadisədən keçdi. O, hələ də salavat göndərirdi.

Yolu bir xarabalığa düşdü. Ayağı bir daşa dəydi.

O, daşı qaldırdı və gördü ki, altında qızılla dolu bir bağlama var.

Öz-özünə dedi: -Mənim ruzimin vədəsi asimandandır.

Mən yerin ruzisini istəmirəm.

Daşı yerə qoydu. Evə qayıdaraq əhvalatı yoldaşına danışdı.

Kasıb kişinin yəhudi bir qonşusu vardı.

Əhvalatı danışarkən damda dayanıb onun sözlərinə qulaq asırdı.

Bunu eşidən kimi özünü xarabalığa çatdırdı və bağlamanı evinə gətirdi.

Onu açdıqda gördü ki, içi ilan və əqrəblə doludur.

Ailəsinə dedi: -Bizim bu müselman qonşumuz bizim düşmənlərimizdir.

Mən damda olanda o, bu sözləri danışırdı ki, mən tamaha düşüm

gedib o şeyi evə gətirdim, ilan və əqrəblər bizi sancsın!

İndi ki, belə oldu mən bunu dama qaldırıb onların başlarına tökəcəyəm,

qoy həlak olsunlar. Bizim üçün zərər istəyirdilər qoy öz başlarına gəlsin.

O, dama qalxaraq gördü ki, kasıb kişi yoldaşı ilə mübahisə edir.

həyat yoldaşı deyir: -Ay kişi, heç rəvadırmı ki, sən bu qədər

var dövlət tapasan və onu götürməyəsən,

biz də bu kasıbçılıqda qalaq?

Kasıb kişi dedi: -Mən ümüd edirəmki,

Allah bizim ruzimizi asimandan nazil edəcək.

Elə bu vaxt yəhudi kişi bağlamanın ağzını açaraq,

içindəkini onların başına tökdü. Kasıb kişi gördü ki,

damdan səs gəlir. Başını qaldiranda evə qızıl yağdığını gördü.

Səsləndi: -Ay arvad, bax göydən qızıl tökülür.

Tez salavat göndərməyə başladı və qızılları topladı.

Yəhudi gördü ki, bağlamadan qızıl səsi gəlir.

Onu qaldırıb içinə baxdıqda ilan və əqrəb gördü.

Yenidən onu aşağı əyərək qalanını da tökdü.

Yəhudi anladı ki, bu qeybi sirlərdəndir.

Xatırladım ki, bu hadisə Musa(ə)-nın zamanında baş vermiş əhvalat kimidir.

Nil suyu Qutbilər üçün qan, Sibtilər üçün su olmuşduş.

Yəhudi o anda kasıb kişini evinə dəvət elədi və onun vastəsilə müsəlman oldu.

İblisin dikbaşlığı



İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub göy onların cərgəsində idi.

O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası)

yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə

və İblisə Adəmin qarşısında səcdə etmələrini əmr buyurdu.

İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu.

Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi:

“Mən oddan yaranmışam, sən isə palçıq və gildən.

” Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı,

nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu.

Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqlaşdırıldı.

Möminlər ağası Həzrət Əli (əleyhissalam) bu barədə buyurur:

İblisin dastanından nəsihət və ibrət alın.

Belə ki, onun sonsuz ibadət və səyi (təkəbbürün nəticəsində) aradan getdi.

O, altı min il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya

ya axirət illərindən olması məlum deyil lakin bir saatlıq təkəbbür

və qüruru onun bu illərdə etdiyi bütün ibadət və səylərini məhv edib boşa çıxartdı.

Baxmayaraq ki, Şeytan da göy və ərş əhli idi,

lakin Allah fərmanı yer və göy arasında eynidir.

Bütün bəndələr Allah qarşısında bərabərdirlər Ey Allahın bəndələri,

bu Allah düşmənindən (yəni Şeytandan) özünüzü qoruyun.

Dini hekaye




Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti vardı. Nə iş olsa, “Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə “Bunda da bir xeyir var”, - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, “Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.

Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və “Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla”, - dedi. Dostu isə həmişəki kimi “Yox, bunda da bir xeyir var idi” – deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?” – deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: “Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... sonrasını sən məndən yaxşı bilirsən” – dedi...

Unutmamalıyıq ki, hər bir uğursuzluğun özü də bir uğurdur..

DIni kelamlar

 Dini kelamlar



İmam Rza (ə) buyurub:
“İbadət çoxlu ORUC və NAMAZ yox, yaradılış haqqında (ALLAHIN yaratdıqlarını) düşünməkdir”

İmam Əliyyən Nəqi (ə) buyurub:
“Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”

İmam Kazım (ə) buyurub:
“Mömin tərəzinin iki gözü kimidir-imanı artdıqca,bəlasıda artar.”

İmam Hüseyn (ə) buyurub:
“Salam verməyin yetmiş savabı var.Onun altmış doqquzu salam verənin,biri isə salamı alanındır.”

İmam Səccad (ə)buyurub:
“Ey Pərvərdigar!Niyyətimi ən gözəl niyyətlərdən,əməlimi də ən gözəl əməllərdən qərar ver. Ey Pərvərdigar,Öz lütfünlə niyyətimi tamam et.”

İmam Hüseyn (ə) buyurub:
“Mən namaza aşiqəm.”

İmam Sadiq (ə) buyurduqları:
“ALLAH-TƏALAYA hüsn-zənn budur ki, Ondan başqa hec kəsə ümidi olmasın və günahlarından başqa hec nədən qorxmasın.”
“Qadınlarınızın pak qalmasını üçün gözünüzü xalqın namusundan çəkin.”

“Həqiqətən,rahatlıq vaxtı edilın dua bəla vaxtı olan ehtiyacları aradan aparar.”
“ALLAHA edilən hər bir dua,Muhəmməd və ali Muhəmmədə salavat göndərmədikcə səmaya səmaya qalxa bilməz.”

İmam Əli (ə) buyurduqları
“Əməl etmədən behişt istəmək axmaqlıqdır.”


“Təəccüb edirəm o kəsə ki,ölüm yatağından qorxur,lakin günahdan uzaqlaşmır.”

“özün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”

“Diri şəxsin ölüyə qovuşmagı nə qədər də yaxındır.”

“Hər nəfəs ölümə dogru atılan bir addımdırş”

“Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”

“İşin savabı,çəkilən əziyyət qədərdi.”

“İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”

“Həqiqətən bu gün hesab yox əməl,sabah isə əməl yox,hesab günüdür.”

“Dua mominin qalxanıdır. Hansı qapını çox döyürsənsə,üzünə acılar.”

“Xoş xasiyyət ruzini artırar.”

Dini kelamlar

1.İnsani üzünə tərif etmək onu qətlə yetirmək kimidir.
* * *
2.Dünya üçün elə çaliş ki,sanki həmişə yaşayacaqsan.Axirətin üçün isə elə çaliş ki,sanki sabah öləcəksən.
* * *
3.Qeybətə qulaq asan elə qeybət edən kimidir.
* * *
4.Tövbə etmək qəlbləri paklayir,günahlari yuyur.
* * *
5.Bilərəkdən gühan edən şəxs bagişlanmaga layiq deyildir.
* * *
6.Bəndələrin dünyadaki əməlləri axirətdə gözlərinin qabaginda olacaqdir.
* * *
7.Dünya bulud kölgəsi və şirin yuxu kimidir.
* * *
8.Agilli şəxs odur ki,öz nəfsi üzərində qələbə çalsin və axirətini dünyasina dəyişməsin.
* * *
9.Kimə bu 4 şey veribsə,ona dünya və axirət xeyri verilmişdir:
1).danişiqda düzlük;
2).əmanəti qaytarmaq;
3).qarni (haramlardan gözləmək);
4).xoş xasiyyət.
* * *
10.Qəzəbdən çəkin ki,onun başlangici dəlilik,sonu isə peşmançiliqdir.
* * *
11.Alim cahili taniyir,çünki özü də əvvəl cahil olmuşdur.
* * *
12.Nadan alimi tanimir,çünki özü əvvəl alim olmamişdir.
* * *
13.Övladini pis tərbiyə edərək onlarin üzə qayitmasina səbəb olan ata-anaya Allah lənət etsin.
* * *
14.Ləzzətlərin gedəcəyi və günahlarin qalacagi yadinizda olsun.
* * *
15.Allahin raziligi ata-ananin raziliginda,qəzəbi isə onlarin qəzəbidir.
* * *
16.Səni kədərləndirən pis bir işin səni məgrur edən xeyir işindən Allah yaninda daha yaxşidir.
* * *
17.İbadət çoxlu oruc və namaz yox,yaradiliş haqqinda (Allahin yaratdiqlarini) düşünməkdir.
* * *
18.Qohumluq əlaqəsini bir içim su ilə də olsa möhkəmləndirin.
* * *
19.Bir çox insanlarin nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.
* * *
20.Dünya bir bazardir.Bu bazarda kimi qazanir,kimi isə zərərə düşür.
* * *
21.Dostlarinin ən yaxşisi o kəsdir ki,sənin günahlarini unudub,yaxşiliqlarini yadda saxlasin.
* * *
22.Siz qisa müddət ərzində və sayli günlərdə yaşayirsiniz,ölüm isə qəfildən gəlir.
* * *
23.Dil yarasi (tənə vurmaq) nizə yarasindan daha yandiricidir.
* * *
24.O,kəsə təəccüb edirəm ki,danişdigi sözlərin nə dünyada ona görə bir xeyri var,nə də axirəti üçün savab yazilir.
* * *
25.Mömin tərəzinin 2 gözü kimidir – imani artdiqca bəlasi da artir.
* * *
26.Allahdan qorx,haqqi söylə - sənin məhvin onda olsada belə.
* * *
27.Bircə saatliq qisa düşünmək uzun-uzadi ibadətdən üstündür.
* * *
28.Büdrəməmək üçün əvvəlcə düşün sonra daniş.
* * *
29.Hər kəsin dəyəri onun biliyi qədərindədir.
* * *
30.Əməl edilən az elm,əməl edilməyən çox elmdən üstündür.
* * *
31.Axmagin qəlbi dilinin,aqilin dili isə qəlbinin arxasindadir (yəni,aqil əvvəlcə düşünür sonra danişir).
* * *
32.Başqasinin sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.
* * *
33.Çox vaxt bir saatliq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranir.
* * *
34.Tənbəllik və hövsələsizlikdən uzaq olun.Çünki bu 2 hal bütün pisliklərin başlangicidir.
* * *
35.Allah-təala pis danişan,lənət deyən və tənə vuranlari sevmir.
* * *
36.Sənə zülm etmişlərsə də sən zülm etmə.
* * *
37.Səni yalan danişmaqda ittiham edərlərsə qəzəblənmə.
* * *
38.Yaradiliş məqsədiniz barədə düşünün və ona əməl edin.Çünki Allah sizi əbəs yerə yaratmamişdir.
* * *
39.Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə onu bagişla.
* * *
40.Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinir.
* * *
41.Bəzi insanlar dünyanin bəndəsidirlər və dindarliqlari yalniz dildədir.Maddi həyatlarina uygun gələnədək dinlə yoldaşliq edirlər.İmtahan çəkildikdə isə dindarlar az olur.
* * *
42.Mən ölümü eyni ilə xoşbəxtlik,zalimlarla yaşamagi isə agirli və əzabli saniram.
* * *
43.Üzr istəməli olacagin işdən uzaq ol.Çünki mömin nə pis iş görər,nə də üzr istəyər.
* * *
44.Nə çoxdur dilinin üzündən həlak olanlar.
* * *
45.Çoxlarinin namazi əziyyət və yorgunluqdan başqa bir şey deyildir.
* * *
46.Hədsiz zarafat abir-həyani aradan aparir və düşmənçiliyə səbəb olur.
* * *
47.Hədsiz zarafat axmaqliq nişanəsidir.
* * *
48.Fikirləşmək kimi ibadət,məsləhətləşmək kimi etibarli kömək yoxdur.
* * *
49.Başqalarinin eyblərindən danişan kəs əvvəlcə öz eyiblərindən başlamalidir.
* * *
50.Sənə ən yaxin olan düşmən öz nəfsindir.